11:52 - 14.05.2020
14 may, Fineko/abc.az. Aprel ayında Azərbaycana xarici ölkələrdən avtomobil idxalı 3 dəfədən çox azalıb.
ABC.AZ Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, yanvar-aprel aylarında Azərbaycana xaricdən 17 196 avtomobil gətirilib ki, bunun da 16 020-si minik avtomobilləridir.
Aprel ayında isə ölkəyə gətirilən maşınların sayı 1704 olub ki, bunlardan 1603-ü minik avtomobilləridir. Apreldə ölkəyə gətirilən avtomobillərin sayı mart ayı ilə müqayisədə 2,3 dəfə, fevralla müqayisədə 3,3 dəfə, yanvar ayının göstəriciləri ilə müqayisədə isə 3,5 dəfə azalıb.
Müəllif: Elmir Murad
21 May 2025
21 May 2025