Bu zavod məhsulunun 75 faizini ixrac edir - 4 ayın nəticəsi

12:25 - 14.05.2020


14 may, Fineko/abc.az. Bu ilin ilk 4 ayında Azərbaycandan 45,5 min ton polietilen ixrac olunub.

Dövlət Gömrük Komitəsinə (DGK) xəbər verir ki, hesabat dövründə ixrac olunan polietilenin dəyəri isə 29 milyon 826 min ABŞ dolları təşkil edib.İxrac Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodundakı istehsal nəticəsindı həyata keçirilir.

Qeyd edək ki, zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər