Tibb Universitetinin 90 illiyi keçiriləcək - Sərəncam

17:31 - 14.05.2020


14 may, Fineko/abc.az. Prezident İlham Əliyev "Azərbaycan Tibb Universitetinin 90 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.

ABC.AZ-ın məlumatına görə, Sərəncamda qeyd olunub ki, Azərbaycan Tibb Universitetinin təsis edilməsinin 90 illiyi tamam olur.

Sərəncamda Səhiyyə Nazirliyinə Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Tibb Universitetinin 90 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Bütün xəbərlər