DTX bu dəfə generalı saxladı - Yeni həbslər

19:51 - 14.05.2020


14 may, Fineko/abc.az. Dünən xəbər verdiyimiz kimi Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

ABC.AZ Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi saytına istinadla xəbər verir ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar. Hazırda araşdırmalar davam etdirilir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər