Ermənistanda fövqəladə rejim uzadıldı - Daha 1 ay

10:00 - 15.05.2020


15 may, Fineko/abc.az. Ermənistanda fövqəladə vəziyyət rejimi iyunun 13-dək uzadılıb.

ABC.AZ "Sputnik Armenia”-ya istinadən xəbər verir ki, bununla bağlı qərar hökumətin mayın 14-də keçirilən iclasında qəbul edilib. Fövqəladə vəziyyət rejimi yeni növ koronavirusa yoluxma hallarının sayının kifayət qədər çox yüksək səviyyədə qalması səbəbindən uzadılıb.

Qeyd edək ki, son məlumatlara görə, Ermənistanda təsdiqlənmiş yoluxma hallarının sayı 3 860-a çatıb, 49 nəfər virusun qurbanı olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər