Bu qədər şəxs cərimələndi - Karantin qaydalarını pozublar

10:47 - 15.05.2020


15 may, Fineko/abc.az. Xüsusi karantin rejiminin pozulmasına görə 14.05.2020-ci il saat 00:00-dan 15.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 739 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən  (BDYPİ) ABC.AZ-a verilən məlumata görə, ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 53 958 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər