Kiyevdən 200- yaxın şəxs Bakıya gətirilib - Çarter reysi ilə

11:10 - 15.05.2020


15 may, Fineko/abc.az. AZAL Kiyev-Bakı reysi ilə 197 Azərbaycan vətəndaşını ölkəmizə gətirib.

“Azərbaycan Hava Yolları” QSC-dən ABC.AZ-a verilən məlumata görə, Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən mayın 14-də Kiyevdən Bakıya çarter reysi yerinə yetirilib.

Sözügedən şəxslər həmin reyslə ölkəyə çatdırılıb. Azərbaycana gələn bütün sərnişinlər karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

 

 

Bütün xəbərlər