Restoran və kafelər açılır - Qərar

16:13 - 15.05.2020


15 may, Fineko/abc.az.  Restoran, kafe, çay evlərində yerində xidmət bərpa olunur.

Bu barədə ABC.AZ-a Operativ Qərərgahdan bildirilib. Qərərgahdan verilən məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

Aradan qaldırılan qadağalar arasında bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmətə qoyulmuş məhdudiyyət də var. Belə ki, mayın 18-dən etibarən sadalanan bütün məkanlarda xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla).

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər