Gələn həftədən bu qadağalar götürülür - Siyahı

16:32 - 15.05.2020


15 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 18 may 2020-ci il saat 00:00-dan ölkədəki bəzi qadağalar aradan qaldırılır.

Operativ Qərərgahdan ABC.AZ-a daxil olan məlumata görə, bütün ölkə üzrə muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur, 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür.

Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər