Avropa Parlamenti Gürcüstana 150 milyon avro ayırdı - Daha bir yardım

19:00 - 16.05.2020


16 may, Fineko/abc.az.  Avropa Parlamenti Gürcüstana 150 milyon avro məbləğində maliyyə yardımının ayrılmasını təsdiqləyib.

 ABC.AZ xarici KİV-ə istinadən xəbər verir ki, vəsait Gürcüstanda koronavirus pandemiyasının iqtisadiyyata vurduğu zərərlərin aradan qaldırılması üçün istifadə olunacaq. Vəsait iki hissə olmaqla 12 ay ərzində təqdim olunacaq.

Kreditin ödənilməsi üçün maksimal orta müddət 15 il təşkil edir.

 

 Müəllif: Elmir Murad

Bütün xəbərlər