Rusiya da beynəlxalq uçuşları bərpa edir - Vaxt açılqandı

15:00 - 17.05.2020


17 may, Fineko/abc.az.    Rusiya hökuməti beynəlxalq uçuşların bərpa olunacağı tarixi açıqlayıb.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkənin Nəqliyyat Nazirliyi 2020-ci ilin iyun ayında daxili uçuşları, iyulda isə beynəlxalq reysləri bərpa etməyi planlaşdırır. Bu barədə Rusiyanın Nəqliyyat naziri Yevgeni Ditrixin açıqlama verib.

 O qeyd edib ki, indi insanlar uzun müddət təcrid olunduqları üçün çox yorğun görünürlər. "Bu vəziyyətdə çoxları həqiqətən gəzmək istəyir və biz onları təhlükəsiz nəqliyyatla təmin etməliyik”, - deyə nazir bildirib.

 

Müəllif: Elmir Murad