330x110
 

Bu işçilərin sayı artıb - 65 min nəfərdən çox

18.05.2020,15:53


18 may, Fineko/abc.az. Aprelin 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı artıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə muzdla işləyənlər 65,3 min nəfər və ya 4,1 faiz artaraq 1 milyon 646,1 min nəfər olub.

Onlardan 911,7 mini iqtisadiyyatın dövlət sektorunda, 734,4 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 20,3 faizi təhsil, 17,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.