17:32 - 18.05.2020
18 may, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21462 tibb işçisinə, 2372 qeyri-tibb işçisinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.
ABC.AZ-ın məlumatına görə, bu barədə Agentlik məlumat yayıb.
Belə ki, Agentlik Bakı şəhəri üzrə 145, respublikanın digər şəhər və rayonları üzrə 118 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat müddətli əlavə ödənilib.
Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, profilaktik tədbirləri həyata keçirən 15113 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 4.9 milyon manat ödənilib.
Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov hesablamanı belə izah edib: “Tutalım, poliklinikada çalışan sahə pediatrının 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronovirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 292 manat 32 qəpik müddətli əlavə almalıdır. 292.32 = ((406 / 25) x 6) x 3. Qeyd edim ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.
Müəllif: Elmir Murad
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024