Bayram günlərində məhdudiyyət olacağı barədə qərar yoxdur - İbrahim Məmmədov

17:55 - 18.05.2020


18 may, Fineko/abc.az.  Azərbaycanda qeyri-iş günü elan edilmiş 8 gün ərzində hər hansı məhdudiyyətin tətbiq olunub-olunmayacağı məsələsinə aydınlıq gətirilib.

ABC.AZ xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərərgahda brifinq zamanı deyib.

O qeyd edib ki, bayram günləri məhdudiyyətin olması ilə bağlı qəti fikir səslənməyib: "Sadəcə insanlara çağırış olunub ki, həmin günlərdə yoluxmanının sayının daha da artmaması üçün mümkün qədər evdən bayıra çıxmasınlar. Bu günə məhdudiyyətlərlə bağlı qərar yoxdur

Həmin günlərdə maksimum özünütəcrid tələblərinə əməl edilməlidir".

 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər