Bu Fond ekonom avtomobillər alır

10:04 - 19.05.2020


19 may, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondu ekonom sinifə aid nəqliyyat vasitələrinin satın alınması üçün açıq tender elan edib.

ABC.AZ xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır. İddiaçılar sənədlərini iyunun 12-i, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyunun 23-ü, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalına təqdim edə bilərlər.

Qeyd edək ki, tenderin nəticələri iyunun 24-də, saat 15:00-da açıqlanacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər