Daha bir şirkət maliyyə hesabatını müzakirə edəcək - Səhmdarlar toplanır

10:10 - 19.05.2020


19 may, Fineko/abc.az. İyunun 30-da “Zəyəm Texnologiyalar Parkı” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

ABC.AZ şirkətin elanına istinadən xəbər verir ki, yığıncaqda Cəmiyyətin müşahidə şurasının yeni tərkibinin təsdiq edilməsi, 2019-cu il üçün maliyyə hesabatı və digər məsələlər müzakirə olunacaq.

İclas Şəmkir rayonu, Zəyəm qəsəbəsi, S. Vurğun küçəsi 24 nömrəli ünvanda keçiriləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər