Azərbaycan meyvə-tərəvəz idxalını artırıb – 8 milyon dollardan çox

14:27 - 19.05.2020


19 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında ölkəyə 165,6 min ton meyvə-tərəvəz idxal olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal olunan meyvə-tərəvəzin dəyəri 88,9 milyon dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni aylarında ölkəyə 80,3 milyon dollarlıq 156 min tonadək meyvə-tərəvəz idxal olunub.

 

Bütün xəbərlər