Azərbaycanda 246 dövlət əmlakı obyekti özəlləşdirməyə çıxarılıb

12:41 - 15.01.2018


15 yanvar, Fineko/abc.az.  Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi fevralın 13-də dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçirəcək.

Komitənin məlumatında deyildiyi kimi, cəmi hərraca 246 obyekt çıxarılacaq.

“Bunlardan 84-ü kiçik dövlət müəssisə və obyekti, 132-i istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u səhmdar cəmiyyətləri, 11-i isə nəqliyyat vasitələridir”, - məlumatda belə deyilir.

Obyektlərin siyahısı ilə aşağıdakı linkdə tanış olmaq olar:  http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3325

 

Bütün xəbərlər