“ASAN xidmət” 7 gün işləməyəcək – Səbəb

16:21 - 20.05.2020


20 may, Fineko/abc.az. Ramazan bayramı və 28 May - Respublika Günü ilə əlaqədar 24-30 may tarixində “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyindən ABC.AZ-a verilən məlumata görə, mayın 31-dən etibarən isə vətəndaşlar "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla mərkəzlərə müraciət edə və müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, “ASAN Kommunal” mərkəzlərində də bazar günü qeyri-iş günüdür.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər