İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə başsağlığı bildirib

12:57 - 15.01.2018


15 yanvar, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

Məktubda deyilir: “İrana məxsus tankerin qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması barədə xəbər məni olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

 

Bütün xəbərlər