Azərbaycanda elektrik avadanlıqları istehsalı artıb – 20 faizdən çox

11:44 - 22.05.2020


22 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 35,8 milyon manatlıq mebel istehsal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% azdır.

Mebel istehsalı azalsa da, sözügedən dövrdə  elektrik avadanlıqlarının istehsalı 20,6% artıb.

Belə ki, qeyd edilən dövrdə Azərbaycanda ümumi dəyəri 61,1 milyon manat təşkil edən elektrik avadanlıqları istehsal olunub.

 

Bütün xəbərlər