Azərbaycanda fəaliyyət göstərən sığorta şirkəti 2017-ci ilin yekunlarını açıqladı

16:52 - 15.01.2018


15 yanvar, Fineko/abc.az. Azərbaycanın həyat sığortası xidmətləri üzrə ixtisaslaşmış şirkəti olan “Qala Həyat” sığorta 2017-ci ilin yekunları ilə bağlı əsas maliyyə göstəricilərini açıqlayıb.

Şirkətin məlumatında deyilir ki,  2017-ci ildə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən şirkət tərəfindən keçən ildə könüllü və icbari sığorta növləri üzrə ümumilikdə 19,894 mln. manat həcmində sığorta haqqı toplanılıb”.

“Şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə verilən ödənişlərin həcmi  17,583 mln. manat təşkil edib”, - məlumatda belə  deyilir.

“Qala Həyat” 2011-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib.

 

Bütün xəbərlər