Azərbaycanda COVİD 19-a yoluxma ən çox bu şəhərlərdədir - Siyahı

19:00 - 29.05.2020


29 may, Fineko/abc.az.  Azərbaycanda koronavirusa ən çox yoluxma onun olduğu şəhərlərin adları açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərərgahda keçirilən brifinqdə məlumat verib.

O qeyd edib ki, Gəncədə 481, Sumqayıtda 259, Masallıda 47, İsmayıllıda 32, Qəbələdə 47, Beyləqanda 29 nəfər koronavirusa yoluxub: "Masallının Əlişanlı kəndində 12, Xaçmazın Köhnə Xaçmaz kəndində 12 yoluxma qeydə alınıb. Salyanda 114, Cəlilabadda 101 yoluxma qeydə alınıb".

 

 Müəllif: Elmir Murad

Bütün xəbərlər