Bu rayonda 1 gündə 250 hektar taxıl sahəsinin məhsulu yığılır

11:07 - 31.05.2020


31 may, Fineko/abc.az. Biləsuvarda gün ərzində təsərrüfatlardan 250 hektar taxıl sahəsinin məhsulu yığılır.

ABC.AZ Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə istunadən xəbər verir ki, Biləsuvarda fərdi fermer təsərrüfalarında taxıl biçininə başlanılıb və qısa müddətdə 1200 hektar sahədə biçin aparılıb.

Hər hektarın məhsuldarlığı orta hesabla 30 sentner olur. Bildirilir ki, 2019-cu ilin payızında bu ilin məhsulu üçün rayonda 33 min 298 hektar sahədə taxıl əkilib. Bunun 17 min 795 hektarı arpa, 15 min 503 hektarı isə buğdadır.

Ötən il hər hektar taxıl sahəsindən 32,4 sentner məhsul götürən torpaq mülkiyyətçiləri 2020-ci il bu nəticəni daha da artırmağı planlaşdırıb.

Qeyd edək ki, ötən il rayonda zəmilərdən 95 min ton taxıl yığılıb.

 

Bütün xəbərlər