Bu ölkədə restoranların fəaliyyəti bərpa olundu – Bugündən

09:57 - 1.06.2020


1 İyun, Fineko/abc.az. Gürcüstanda bugündən etibarən yalnız açıq məkanlarda olan restoranlar öz fəaliyyətini bərpa edib.

ABC.AZ Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Açılan restoran rəhbərliyi qarşısında bəzi tələblər də qoyulub.

Belə ki, şərtlərə əsasən bir masa ətrafında 6 nəfərdan artıq insanın əyləşməsinə icazə verilməyəcək. İstisna olaraq, əlavə 12 yaş altı yeniyetmənin masada oturmasına icazə veriləcək. Fəaliyyəti bərpa olunan restoranlarda masalar arasındakı məsafə iki metrdən, stulların arxaları arasındakı məsafə isə bir metrdən az olmamalıdır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər