10:20 - 2.06.2020
2 İyun, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına qarşı tədbirlərini davam etdirir.
ABC.AZ-ın məlumatına görə, Xidmət tərəfindən nəzarət zamanı 9 işəgötürən tərəfindən karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq üçün onlarla bağlı reallığa uyğun olmayan əmək müqavilələri bağlayaraq bu barədə bildirişləri həmin e-sistemə daxil etdiklərinə dair əsaslı şübhələr yaranıb.
Həmin işəgötürənlər barəsində toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.
Eyni zamanda karantin dövründə əmək müqavilələrinə xitam vermiş 50-yə yaxın işəgötürənə xitam vermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədi ilə müvafiq sənədləri Xidmətə təqdim etmələri üçün məktublar göndərilib.
Müəllif: Elmir Murad
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
27 Mart 2024
27 Mart 2024
27 Mart 2024