11:10 - 16.01.2018
16 yanvar, Fineko/abc.az. Bolqarıstan, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə əməkdaşlıq edərək ətraf mühitin çirklənməsi problemini həll etməyə ümid edir.
Azərbaycana rəsmi səfərin yekununda, yekun mətbuat konfransı zamanı Bolqarıstanın Baş naziri Boyko Borisov bildirib ki, Bolqarıstan ərazisinin yalnız 3%-i qazlaşdırılıb.
“Eyni zamanda, biz qeyd edə bilərik ki, son günlər, xüsusən də qış dövründə hava çirklənir, özü də səbəb sənaye istehsalı və avtonəqliyyat deyil, məişətdə odun və kömürün yanacaq kimi istifadə olunmasıdır. Biz istərdik, elə məişət yanacağından istifadə olunsun ki, ətraf mühitə zərər yetirilməsin”, - B.Borisov belə deyib.
Onun sözlərinə görə, ARDNŞ-nin dəstəyi və Azərbaycan qazının tədarükü sayəsində qonşu Gürcüstan qazlaşdırılıb və Bolqarıstan artıq çoxdandır ki, ərazisinin qazlaşdırılması üçün iki variantın mövcudluğu barədə düşünür.
“Ümid edirik ki, iyun ayında Yunanıstanda interkonnektorun tikintisi başlayacaq və iyulda Türkiyə ilə sərhəddə interkonnektor işə düşəcək. Qeyd etmək istərdim ki, hörmətli Prezident İlham Əliyevin xeyir-duası ilə bizim şirkətlə SOCAR arasında 1 milyard kubmetr həcmində Azərbaycan qazının sərfəli qiymətlərlə çatdırılması məsələsi həllini tapacaq. Əgər hörmətli Azərbaycan Prezidentinin dəstəyi ilə ölkəmizin qazlaşdırılmasına nail olsaq, biz əhalinin sosial cəhətdən zəif təbəqəsi üçün qazın təchizatı mümkünlüyünü təmin edə biləcəyik və onlar daha odundan, kömürdən istifadə etməyəcəklər”, - B.Borisov belə deyib.
Onun sözlərinə görə, hər iki ölkənin energetika və iqtisadiyyat nazirlərinin iştirakı ilə bu işin həyata keçirilməsi üçün miqdar və müddətə dair plan tətbiq ediləcək, çünki Azərbaycan tərəfi qazın təchizatının ən sərfəli qiymətlərini təklif edir.
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024