Təhsil Nazirliyinə 2 milyon manat pul ayrıldı – Prezidentdən Sərəncam

16:27 - 3.06.2020


3 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ-ın məlumatına görə, Sərəncama əsasən, Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

 

Bütün xəbərlər