190 manat iyunda da verilə bilər – Müzakirə olunur

10:39 - 4.06.2020


4 iyun, Fineko/abc.az. İyunun 3-də Operativ Qərərgahda keçirilən brifinqdə 190 manat məsələsinə də aydınlıq gətirilib.

ABC.AZ xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib ki, 190 manatl birdəfəlik ödəmənin iyun ayında verilməsi müzakirəyə çıxarıla bilər.

"Biz ümid edirdik ki, əhali karantin rejiminin özünüqoruma tələblərinə əməl edəcək. 190 manatın aztəminatlı şəxslərə verilməsi aprel və may ayları üçün nəzərdə tutulmuşdu. İyun ayı üçün bu, nəzərdə tutulmurdu. İndi də adamların iş rejimi tam bərpa olunub, insanlar işləməyə başlayıb. Ancaq yenidən bəzi məhdudiyyətlər olduğuna görə, ola bilər ki, bu məsələ təkrar aktuallaşsın və müzakirə olunsun. Növbəti dəfə ətraflı məlumat verə bilərik” deyə NK rəsmisi vurğulayıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər