Google məhkəməyə verildi – Böyük məbləğdə cərimə oluna bilər

12:49 - 4.06.2020


4 iyun, Fineko/abc.az. “Google” şirkəti şəxsi məlumatların qanunsuz toplanmasına görə 5 mlrd. dollar cərimə oluna bilər.

ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, belə bir iddia ilə Kaliforniya Federal Məhkəməsi çıxış edib.

Məhkəmənin iddiasına əsasən, məlumatların qanunsuz toplanması statistika xidməti, reklam meneceri və smartfonlarda quraşdırılan tətbiqlər vasitəsilə həyata keçirilib.

Ehtimal olunur ki, şirkət buna görə hər bir istifadəçiyə təxminən 5 min dollar cərimə ödəməli olacaq.

Müəllif: Elmir Murad

Bütün xəbərlər