Daşınmaz əmlakın icbari sığortasında böyük artım – Səbəb

12:12 - 8.06.2020


8 iyun, Fineko/abc.az. Daşınmaz əmlakın icbari sığortası məhsulu üzrə ciddi artım müşahidə olunur.

Azərbaycan Sığortaçılar Assosasiyasından ABC.AZ-a verilən məlumata görə, ötən il ölkə ərazisində baş verən çoxsaylı yanğın hadisələri və təbii fəlakətlər nəticəsində həm yaşayış sahələrinə, həm də sahibkarların əmlakına yüksək məbləğdə zərərlərin dəyməsi və maliyyə itkilərinin ödənilməsində yaranan çətinliklər əmlak sığortasının əhəmiyyətini bir daha gündəmə gətirdi.

2019-cu ilin dekabr ayından etibarən sığorta şirkətləri tərəfindən əhali arasında daşınmaz əmlakın icbari sığortasına olan marağın artırılması məqsədilə müxtəlif işlər aparıldı - tədbirlər təşkil edildi, promo materiallar hazırlandı, reklam çarxları çəkildi və s.

Tendensiya 2020-ci ilin ilk rübünə qədər davam etdi və nəticədə cari ilin ilk 3 ayı üzrə yığımlarda 2019-cu ilin eyni dövrü ilə müqayisədə 95%-lik artım baş verdi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər