Moskvada karantin ləğv olunur – Bu gündən

10:14 - 9.06.2020


9 iyun, Fineko/abc.az. Bu gündən etibarən Moskvada karantin rejimi və icazələr ləğv olunur.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Sobyanin indiyə qədər həyata keçirilən tədbirlərin pandemiyanın partlayış halını almasının qarşısını aldığını deyib.

“Artıq bir neçə həftədir ki, pandemiya yavaş da olsa azalmağa doğru gedir. Yeni yoluxmaların sayı azalır, sağalanların sayı artır. Faktiki olaraq Moskva əvvəlki həyat ritminə qayıdır”, - deyə Sobyanin bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər