Bu qədər mehmanxanaya yardım olunub – Pandemiyaya görə

11:57 - 10.06.2020


10 iyun, Fineko/abc.az. Azərbaycanda koronavirusdan zərər çəkən şirkətlərə dövlət dəstəyi proqramından indiyədək 650-dən artıq otel və mehmanxana faydalanıb.

ABC.AZ xəbər verir ki, bu sahədə fəaliyyət göstərən şirkətlərə – otellər, turoperatorlar və kafe-restoranlara dəstək paketi çərçivəsində əmək haqqı ilə bağlı maliyyə yardımı üçün müraciət etmiş vergi ödəyicilərinə 19 milyon 700 min manat ayrılıb.

Proqramdan 650 mehmanxana və mehmanxana tipli obyekt, 18 000-dən çox iaşə obyekti və 4402 turagentlik və turoperator faydalanıb.

 

Bütün xəbərlər