Bu şəhərlərə hərəkət icazə ilə veriləcək – Portal yenidən işə düşür

16:04 - 10.06.2020


10 iyun, Fineko/abc.az. Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində hərəkət icaze.e-gov.az portalından əldə edilən icazələr əsasında tənzimlənəcək.

Bunu ABC.AZ-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Xidmətindən bildiriblər. Qeyd olunub ki, fəaliyyətinə icazə verilən sahələr üzrə qurum və ya təşkilatlar portala indidən daxil olaraq əməkdaşlarının icazələrini "Aktivləşdir" düyməsi vasitəsi ilə aktivləşdirə bilər.

 

Bütün xəbərlər