Aprel ayında orta aylıq maaşlar 736,2 manat olub – Ötən ildəkindən çoxdu

16:43 - 10.06.2020


10 iyun, Fineko/abc.az. Bu il yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqıları açıqlanıb.

ABC.AZ-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, muzdlu işçilər sözügedən dövrdə 736,2 manat maaş alıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,7% çoxdur. Bununla belə, yanvar-mart aylarının yekununa nisbətən ölkədə maaşların orta həddi 1,1% azalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər