Bakıda bu qədər uşaq I sinfi bitirəcək – İdarədən açıqlama

17:30 - 10.06.2020


10 iyun, Fineko/abc.az. 2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 30 888, XI siniflərini 19 612, XII siniflərini 124, xüsusi məktəblərin buraxılış siniflərini isə 323 nəfər bitirəcək.

İdarədən ABC.AZ-a verilən məlumata görə, paytaxtda 45 573 nəfər I sinfi başa vuracaq.

Qeyd edək ki, bu tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 440 426 şagird təhsil alır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər