Azərbaycan neftinin qiyməti düşdü, lakin hələ də bir barelə 70 dollardan yuxarıdır

10:10 - 17.01.2018


17 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,65 dollar və yaxud 0,9% düşüb.

Hazırda "Azeri LT CIF" markalı neftin qiyməti 70,98 dollar/barelə bərabər olub.

“Azeri LT” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında, 19,15 dollar səviyyəsində, maksimal qiyməti isə 2008-ci ilin iyul ayında, 149,66 dollar səviyyəsində qeyd edilib.