Əmək Birjası Platforması layihəsinə başlanılıb – Yenilik

10:57 - 11.06.2020


11 İyun, Fineko/abc.az. Azərbaycanın əmək bazarında növbəti yenilik gözlənilir. Əmək və Əhalini Sosial Müdafiəsi nazirliyi əmək xidmətlərini özündə birləşdirən “İş və xidmətlərin mübadiləsi üzrə Əmək Birjası Platforması” layihəsinə başlayıb.

ABC.AZ-ın məlumatına görə, bunu nazir Sahil Babayev Məşğulluq məsələlərinə dair işçi qrupun videokonfrans formatında keçirilən iclasında deyib.

S.Babayev bildirib ki, indiyəədk də bu sahədə elektron sistemlərdən istifadə olunmaqla yeniliklər tətbiq edilib. Onlardan biri “Məşğulluq” altsistemidir: "Bu sistem dövlət məşğulluq xidmətlərinin elektron müstəvidə çevikliyini və keyfiyyətinin artırılmasına imkan verib. Aktiv məşğulluq tədbirlərinin təşkili mexanizmlərinin təkmilləşdirilməsi, bu məqsədlə e-texnologiyalardan daha geniş istifadənin təmin olunması ilə bağlı bir sıra hədəflər də müəyyən olunub".

 

Bütün xəbərlər