Bu sığorta ödənişləri artıb – Faizlərlə nəticələr

14:18 - 11.06.2020


11 iyun, Fineko/abc.az. Bu ilin 4 ayı (yanvar-aprel) ayı üçün ödənilən sığorta haqlarının həcmi açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə 105 milyon 565 min manat sığorta haqqı ödənilib ki, bu məbləğin 80 milyon 282 min manatı və ya 76%-i könüllü sığortaların payına düşüb. Sığorta ödənişlərinin 25 milyon 283 min manatı və ya 24%-i icbari sığortalar üzrə ödənilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə könüllü sığortalar üzrə ödənişlər 85,2% artıb, icbari sığortalar üzrə isə ödənişlər 8,5% artıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər