Azərbaycanda muzdla işləyənlərin sayı artıb – 5 ayın hesabatı

14:44 - 11.06.2020


11 iyun, Fineko/abc.az. Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 676,1 min nəfər olub.

Bu barədə ABC.AZ-a Dövlət Statistika Komitəsindən bildirilib.

Müqayisə üçün qeyd edək ki, açıqlanan rəqəmlər ötən ilin eyni dövrü ilə müqayisədə 92,8 min nəfər və ya 5,9 faiz çox deməkdir.

Bildirilib ki, qeyd olunan işçilərdən 926,6 mini iqtisadiyyatın dövlət sektorunda, 749,5 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 19,9 faizi təhsil, 17,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8 faizi tikinti, 6,8 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər