Azərişıq tender elan edir

15:01 - 11.06.2020


11 iyun, Fineko/abc.az. “ASAN xidmət” mərkəzlərinin “Azərişıq” ASC-yə aid olan layihələrə tələb olunan müxtəlif kabel məhsullarının satın alınması üçün tender keçirilir.

Tenderdə iştirak haqqı 400 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 20.07.2020 16:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28.07.2020 16:00  qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 29.07.2020 16:00  tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Zaur Abdullayev

Telefon: (994 12)  440-39-93 daxili (28-91)

 

Bütün xəbərlər