Əmək müqaviləsi ilə işləyənlərin sayı artır – Statistika

17:03 - 11.06.2020


11 iyun, Fineko/abc.az. Azərbaycanda son bir ayda əmək müqaviləsi ilə işləyənlərin sayı 30 min nəfər artıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, mayın 1-ə ölkə iqtisadiyyatında muzdla çalışan (yəni əmək müqaviləsi ilə işləyən) işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 92,8 min nəfər və ya 5,9 faiz artaraq 1676,1 min nəfərə çatıb.

Son bir ayda isə belə işçilərin sayı 30 min nəfər artıb.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər