Kinoya gedənlər çoxalıb – 10 faiz

17:21 - 11.06.2020


11 iyun, Fineko/abc.az. 2019-cu ildə 1 milyon 640,3 min nəfər kinoteatrlara baş çəkib.

ABC.AZ-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, qeyd olunan rəqəmlər 2018-ci illə müqayisədə 10,5% çoxdur.

Qeyd edək ki, 2019-cu ildə beş dövlət kinoteatrının tamaşaçı sayı 60,9 min nəfərdən 62,4 min nəfərə qədər artıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər