330x110
 

Dünyanın ən bahalı şirkətləri onlardır – Adlar

12.06.2020,11:28


12 iyun, Fineko/abc.az. Dünyadakı nəhəng şirkətlərin dəyərinə görə reytinqi açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, “Apple” və “Microsoft” dünyada ən bahalı şirkət elan edilib. Belə ki, sözügedən şirkətlərin hər birinin kapitallaşdırma dəyəri 1,5 trilyon dolları ötüb. Bu hər iki şirkət üçün rekord göstəricidir.

Məlumat üçün qeyd edək ki, “Apple” şirkətində bir səhmin qiyməti 352,84 dollar, “Microsoft”da isə 196,84 dollar təşkil edib. Texnologiya şirkətlərinin səhmlərinin qiyməti koronavirus pandemiyası vaxtı sürətlə yüksəlir. Bunun əsas səbəbi hazirki dövrdə investorların bu şirkətlərin səhmlərini ən təhlükəsiz hesab etməsidir.

Müəllif: Elmir Murad