Onlar üçün vergi azaldıldı – 4 faiz

12:56 - 12.06.2020


12 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Vergi Məcəlləsinə edilən dəyişiklik sayəsində bir sıra sahələrdəki vergiödəyicilərinin ödəmələrinə güzəştlər olunacaq.

ABC.AZ-ın məlumatına görə, Vergi Məcəlləsində sadələşdirilmiş vergi ilə bağlı da mühüm dəyişikliklər edilib.

Bu, ictimai iaşə sektorunda fəaliyyət göstərən vergiödəyicilərinin zərərlərinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. İctimai iaşə sektorunda çalışan sahibkarlar bu il sadələşdirilmiş vergini 8 faiz əvəzinə 4 faiz dərəcəsi ilə, digər sadələşdirilmiş vergiödəyiciləri isə ümumi dövriyyədən 1 faiz məbləğində vergi ödəyəcəklər.

Müəllif: Elmir Murad

Bütün xəbərlər