“Nar” gənclərin onlayn keçirdikləri tədbirə dəstək olub

11:30 - 16.06.2020


16 iyun, Fineko/abc.az.  “Nar” gənclərin inkişafına, liderlik bacarıqlarının və potensiallarının üzə çıxarılmasına önəm verən “AIESEC Azərbaycan” beynəlxalq tələbə gənclər təşkilatının onlayn keçirilmiş tədbirinə dəstək olub. Dünyada yayılan “COVID-19” pandemiyası ilə əlaqədar tədbirlərin keçirilməsinə qoyulan qadağa ilə əlaqədar olaraq, təşkilat “Evdə qal: gələcəyini qur” adlı tədbirini karantin tələblərinə uyğun olaraq onlayn keçirib. İyunun 4-8-də keçirilmiş tədbirdə müxtəlif sahələrdən 200-ə qədər gənc iştirak edib.

Tədbirin əsas məqsədi pandemiya vəziyyətinə uyğun gələcəkdə uyğunlaşma problemi yarandıqda gənclərə dəstək olacaq seminarlar keçirməkdir. Seminarlar “Post-pandemiyada dünya”, “Karyera”, “Maliyyə”, “Sağlamlıq” kimi mövzuları əhatə edib. “AIESEC” dünyanın 126 ölkəsində fəaliyyət göstərən və 34 mindən çox üzvü olan dünyanın ən böyük beynəlxalq tələbə gənclər təşkilatlarından biridir.

Qeyd edək ki, “Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində gənclərin maariflənməsi, dünyagörüşü və analitik düşüncə bacarığını inkişaf etdirən layihələrə dəstək verib. “Nar”ın KSM layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

Bütün xəbərlər