Fransadan Azərbaycana yeni növ arpa gətirilib – Yüksək məhsuldarlıq

12:13 - 16.06.2020


16 iyun, Fineko/abc.az. Xaçmazda Fransadan gətirilərək əkilmiş arpa sortlarında yüksək məhsuldarlıq qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, yüksək məhsuldarlığına və sərt hava şəraitinə uyğunlaşmasına görə seçilən xarici sortlar ilkin olaraq Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin sahəsində əkilib.

100 hektar sahədə yumşaq buğdanın iki və arpanın bir sortunun sınaq əkini həyata keçirilib. Arpanın “Ramata” sortunun becərildiyi sahələrdə hər hektara görə orta məhsuldarlıq 53 sentnerə çatıb. Mütəxəssislər bunun yüksək nəticə olduğunu qeyd ediblər. Sınaqdan keçirilən yeni arpa sortu isə pivə istehsalı üçün daha faydalıdır.

Fransa şirkəti ilə bağlanmış müqavilə əsasında aparılan sınaq əkinlərinin əsas məqsədi yeni sortların üstünlüklərini yerli sortlarla müqayisəli şəkildə tədqiq etməkdir.

 

Bütün xəbərlər