2017-ci ildə Azərbaycan vətəndaşları öz vəsaiti hesabına ölkənin yaşayış fondunu 599,9 min kv.m artırdılar

12:18 - 17.01.2018


17 yanvar, Fineko/abc.az. Azərbaycan vətəndaşları 2017-ci ildə öz vəsaiti hesabına 599,9 min m2 inşa ediblər.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2017-ci ildə ölkə vətəndaşları  ümumi sahəsi 1 599,9 min kvadratmetr olan 11,5 min fərdi yaşayış evi inşa ediblər ki, bu da ölkə üzrə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsinin 92,6%-ni təşkil edib.

“Fərdi yaşayış evlərinin 626,7 min kvadratmetri və ya 39,2%-i kənd yerlərində tikilib. Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 138,6 kvadratmetr olub. Evlərin 59,3%-i Naxçıvan MR-da, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa olunub”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər