Polis məşhur istirahət mərkəzini bağladı – Karantin qaydaları pozulub

15:28 - 16.06.2020


16 iyun, Fineko/abc.az. İyunun 14-dən 15-ə keçən gecə xüsusi karantin qaydalarını kobud şəkildə pozaraq əyləncə məclisi təşkil edən "Sun Set" istirahət mərkəzinin fəaliyyəti dayandırılıb.

Bu barədə ABC.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Obyekt sahibi və məclisdə iştirak edən 11 nəfər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.

Qeyd edək ki, "Sun Set" istirahət mərkəzi Xaçmaz ərazisində yerləşir.

 

Bütün xəbərlər