Koronovirus əleyhinə daha bir dərman tapıldı

10:28 - 17.06.2020


17 iyun, Fineko/abc.az. Bütün dünyanı iflic edən koronavirusun dərmanı tapılıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə nüfuzlu BBC xəbər yayıb.

İnformasiya nəhənginin verdiyi məlumata görə, kifayət qədər ucuz olan “Dexamethasone” adlı dərman COVID-19-u ağır formada keçirən xəstələrin müalicəsində aşağı dozada istifadə olunub.

BBC-yə danışan mütəxəssislər dərmanın koronavirusa qarşı mübarizədə ümidverici olduğunu bildiriblər.

Qeyd olunub ki, bu dərman 2 000 xəstə üzərində təcrübədən keçirilib. Nəticələr təcrübədən keçməyən xəstələrin vəziyyəti ilə müqayisə edilib. Məlum olub ki, ağciyərlərin süni ventilyasiyası cihazına bağlı xəstələrin ölüm riski 40%-dən 28%-ə enib.

Oksigenə ehtiyacı olan xəstələrdə isə bu göstərici 25%-dən 20%-ə enib.

 

Bütün xəbərlər